Sunak şənbə günü verdiyi açıqlamada vurğulayıb: “Biz İsrailin HƏMAS-ın yaratdığı təhlükəyə qarşı özünü müdafiə etmək və təhlükəsizliyini müdafiə etmək hüququnu dəstəkləməyə davam edirik.”
“Amma bütün İngiltərə bu qan tökülməsindən şokdadır. Bu dəhşətli müharibə başa çatmalıdır” - deyə, o əlavə edib.
Sunak qeyd edib ki, Qəzzə uşaqlarının "dayanıqlı uzunmüddətli atəşkəsə aparan təcili humanitar fasiləyə" ehtiyacı var.
Onun sözlərinə görə, bu, girovları (əsirləri) azad etməyin və yardımı (Qəzzəyə) daxil etməyin, müharibəni və insanların ölümünü dayandırmağın ən sürətli yoludur.
Sizin rəyiniz